29 oktyabr 2010 13:46
Qurban Qurbanov: Komandada bir neçə problem var
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 11-ci turu çərçivəsində "Xəzər-Lənkəran"-la oyundan öncə öz fikirlərini bildirdi. "Oyun maraqlı olacaq. XL çempionluq uğrunda mübarizədə favoritlərdən biridir. Lakin bizə qələbə lazımdır. "Qarabağ" üç xal əldə edərək, turnir cədvəlindəki vəziyyətini yaxşılaşdıra biləcək. Lakin, komandada bir neçə problem var. Samir Abbasov, Emin İmaməliyev, Maksim Medvedev və Andreys Rubins bu görüşdə oynaya bilməyəcək", - Qurbanov azerisport.az saytına dedi.
