29 oktyabr 2010 14:00

10 "yeni Maradona" (VİDEO)

Diyeqo Maradona 25 iyun 1994-cü ildə futbolçu karyerasını bitirən kimi Arqentinada onun xələfinin axtarışları başlandı. Azerisport.az xəbər verir ki, əfsanəvi futbolçunun 50-illik yubileyi ərəfəsində Braziliyanın Globo Esporte nəşri 10 ən məşhur "Yeni Maradonaları" yada saldı.

Xuan Roman Rikelme
"Boka Juniors", "Barcelona" və Arqentina yığmasının 10 nömrəsi. Rikelme və Maradona ən yaxşı dost ola bilərdi. Diyeqo hətta öz vida oyununda Rikelmenin futbolkasını seçdi. Amma nəticədə aralarındaki münasibət pozuldu və Rikelme Maradonanın çalışdırdığı yığmaya heç dəvət də almadı.
 
 
Ariel Orteqa
"River-Plate"-in yetirməsi o 1998-ci ildə öz üzərinə böyük məhsuliyyət götürdü – məhz Orteqa Maradonanın gedişindən sonra 10 nömrəli formanı geyən ilk futbolçu oldu. Avropada bir neçə uğursuz mövsümdən sonra vətənə qayıdıb və indi 36 yaşında doğma "River"-ə keçmiş şöhrətini qaytarmağa çalışır.
 
 
Pablo Aymar
2002-ci ildə Maradona onun barəsində dedi: "Aymar dünyanın ən yaxşı oyunçusudur və mənim əsl xələfimdir". Üçqat Arqentina və ikiqat İspaniya çempionu Aymar o vaxt artıq karyerasında çətin anlar yaşayırdı. "Valencia"-dan "Zaragoza"-ya keçən futbolçu, sonradan "Benfika"-ya transfer olundu. Amma karyerasının pik nöqtəsini artıq çoxdan keçən gənc futbolçu son komandalarında heyətin əhəmiyyətli oyunçusu ola bilmədi.
 
 
Lionel Messi
2009-cu ilin ən yaxşı futbolçusu. Onu hətta Maradonanın "ögəy oğul"u da adlandırırdılar. Diyeqo Arqentinanı çalışdırdığı zaman Messiyə 10 nömrəli futbolkanı və kapitan sarğısını həvalə etmişdir. Düzdür, Lionel Maradonanın oyun xüsusiyyətlərinin əksəriyyətinə malik olmasına baxmayaraq, DÇ-2010-da qol vura bilmədi. Bu yaxınlarda isə Messi bildirdi ki, o Maradonanı Arqentinanın baş məşqçisi vəzifəsinə qayıtmasını istəyir.
 
 
Klaudio Borqi
Arqentinanın "Boka Juniors" klubunun hazırki baş məşqçisi Klaudio Borqi Maradona kimi öz ilk peşəkar addımlarının "Argentinos Juniors" komandasında başlayıb. Onun karyerasının başlanğıncında Borqini Diyeqo ilə çox müqayisə edirdilər. 1986-cı ildə 22-yaşlı Borqi Arqentina yığmasında ümid verən futbolçularından biri sayılırdı və "Milan"-la danışığkar aparırdı. Lakin İtalliyada işləri alınmadı. Borqi futbolçu karyerasını 1999-cu ilə Çilinin "Santiago Wonderers" klubunda bitirdi.
 
 
Andres D`Alessandro
"River Plate"-də çıxış etməyə başlayan kimi "yeni Maradona" ləqəbini aldı. Lakin D`Alessandro bu adı üzərində saxlaya bilməyərək, yığmaya çağırılmırdı. Buna baxmayaraq Batista onu yenidən millinin düşərgəsinə dəvət etməyə başladı. Andres Avropada da oynadı lakin o qədər də uğurlu çıxış alınmadı.
 
 
Xuan Sebastyan Veron
Veron Maradona ilə müqayisədən karyerası zamnı vidalaşdı və "Parma", "Lazio", "Manchester United" və "İnter" kimi klublarda uğur qazanaraq, sonradan öz adını tarixə yazdırdı. Avropa səyahətindən sonra Arqentina qayıdaraq, hazırda sevimli komandası "Estudiantes"-im şərəfini qoruyur. Bu klubla o Libertadores Kubokunu da qazanıb.
 
 
Ezekyel Lavessi
25-yaşlı forvard Maradona kimi "Napoli"-nin sevimlisi olub. "San-Lorenso" və "Estudiantes" klublarının keçmiş futbolçusu İtaliyaya 2007-ci ildə gəlib. O vaxt "Napoli" çox pis vəziyyətdə idi. Hazırda Lavessi azərkeşlərin sevimlisinə çevirilib və "Napoli"-də kifayət qədər uğurlu çıxış edir.
 
 
Marselo Qalyardo
Yarımmüdafiəçi öz karyerasını "River Plate"-də başlayıb. Diyeqo hesab edirdi ki, Marselo 10-nömrəli futbolkaya layiqlidir. Hazırda 34-yaşlı Qalyardo Uruqvayın "Nacional" komandasının şərəfini qoruyur.
 
 
Xavyer Saviola
Saviola Maradonanın gənc yaşında atdığı addımlarını təkrarlamağda müvəffəqiyət qazandı: 20 yaşlılar arasında dünya çempionu, turnirin ən yaxşı futbolçusu, "Barcelona" ilə danışığlar. Amma bütün bunlara baxmayaraq, Saviola DÇ-lərdə uğur qazana bilmədi. Bu azmış kimi, o yalnız DÇ-2006-da çıxış etmişdir. "Monaco", "Sevilla" və "Real"-daki çıxışlardan sonra "Benfika"-ya keçdi və hazırda bu komandanın şərəfini qoruyur.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.