29 oktyabr 2010 15:32
Elnur Allahverdiyev: XL-ın məqsədini bilirsiniz
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun müdafiəçisi Elnur Allahverdiyev ölkə çempionatının 11-ci turu çərçivəsində "Qarabağ"-la keçiriləcək oyun barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Məqsədimizi bilirsiniz – Azərbaycan çempionu olmaq. Buna görə də hər oyunda qələbə qazanmaq istəyirik. Ümidvaram ki, öz oyunumuzla istəyimiz nəticəyə nail olacayıq. Turnir cədvəlindəki yerimi möhkəmləndirmək istəyirik", - Allahverdiyev dedi.
