29 oktyabr 2010 16:31
Mançester Runini itirdi
İngiltərənin "Manchester United" klubun baş məşqçisi Aleks Ferqüson bildirdi ki, hücumçu Ueyn Runinin zədədən sağalması prosesi nəzərdə tutulandan daha çox vaxt aparacaq. Azerisport.az xəbər verir ki, oktyabrın 19-su Runi ayağından zədə aldı. Gözlənilirdi ki, futbolçu üç həftədən sonra meydana qayıdacaq. Hazırda Runi Dubayda müalicə alır.
Mənbə: AP
