29 oktyabr 2010 17:51
Şefer daha bir futbolçunun ehtiyat komandaya göndərdi
Azərbaycanın "Bakı" klubunun baş meneceri Zeynal Məmmədov komandanın forvardı Vyaçeslav Sofronini ehtiyat komandaya göndərilməsini təsdiqlədi. "Bu baş məşqçi Vinfrid Şeferin qərarıdır və biz buna qarışa bilmərik. Düzdü, bunun nəyə görə baş verdiyini bilmirik. Sofroni və Boresin yoxluğuna baxmayaraq, komanda "Neftçi"-ni məğlub etməlidir. Başqa çıxış sadəcə yoxdur", - Zeynalov azerisport.az saytına bildirdi.
