29 oktyabr 2010 21:15

Sərgən YALÇIN: Mənim Azərbaycanla nə işim var?

Türkiyənin məhşur futbolçularından biri, NTV Spor-un şərhçisi Sərgən Yalçın Azərbaycan - Türkiyə qarşılaşması haqqında danışıb. Azerisport.az bu müsahibəni sizə təqdim edir.
 
Xeyli müddətdi sizinlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalırdı.
Ola bilər.
 
Səbəbini deyə bilərsiz?
Məgər hər zəngə cavab vermək məcburiyyətindəyəm?
 
Azərbaycan-Türkiyə matçından iki həftə keçməsinə baxmayaraq, hələ də çoxları qazandığımız şanlı zəfərdən danışır. Maraqlıdı, oktyabrın 12-də Türkiyə millisi necə görünürdü?
Allah köməyiniz olsun, oyundan gör nə qədər vaxt ötüb. Onsuz da bundan sonra danışmağın mənası yoxdu.
 
Məhz həmin matçla bağlı soruşacağım bir şeylər var. Zəhmət deyilsə, fikirlərinizi bildirin.
Nə deyim ki? Komandanız sonacan mübarizə aparıb, haqq etdiyi qələbəni qazandı. Türkiyə millisi olduqca pis vəziyyətdə idi. Fikrimcə, bu, onlara bir dərs oldu. Bundan da nəticə çıxara bilməsələr, deyiləcək sözüm qalmaz.
 
Bəs Azərbaycan yığmasının sərgilədiyi futbol necə sizi razı saldımı?
Açığı, meydanda sərgilənən futbolu bəyənmədim. Ancaq futbolçularınızdakı qələbə istəyi məni heyran etdi. Futbolda mübariz keyfiyyətlər əsas şərtdi. Əsas odur ki, Azərbaycan millisi futbolu həddini bilərək oynadı. Yəni, qələbə qazanmalarına baxmayaraq, başqa vasitələrə əl atmadılar.
 
Yığmamız haqda xoş fikirdəsizsə, o zaman verilişlərin birində “Mən bu qarınla çıxıb oynayaram” ifadəsi hansı məntiqə sığır? Yəni komandamız kənardan bu qədərmi cılız görünür?
Başa düşmədim bu sözlərin yığmanıza nə aidiyyatı var?
 
Hər halda eyni sözləri komandanızın Almaniyaya böyükhesablı məğlubiyyətindən sonra da dilə gətirə bilərdiniz. Görünür Azərbaycan millisi kənardan “asan yem” təsiri bağışlayırmış ki, siz özünüzü indiki halınızla yığmamıza qarşı mübarizə aparmağa hazır sayırsınız?
Dediklərimin sizin fikirlərinizlə heç əlaqəsi yoxdur. Birincisi, Almaniya yenilgisindən sonra da komandamızı tənqid edənlərdən biri mən idim. İkincisi, futbolçularımızı hər iki oyunda meydanda gəzən gördüm. Bu səbəbdən də elə bizim də eyni sürətlə gəzə biləcəyimizi söylədim. Yəni, həmin gün futbolçuların biz veteranlarla hansısa fərqi olduğu hiss olunmurdu. Bunun Azərbaycan yığmasına nə dəxli var?
 
Elədisə ölkəmizin adını “Azərbaycan - mazərbaycan” deyə səsləndirməyinizi nə ilə əlqələndirə bilərsiniz?
Vallah belə şey söylədiyimi xatırlamıram.
 
Bəlkə əsəbi olduğunuzdan ağzınızdan çıxan ifadələrə fikir verməmisiniz? Hər halda bu daha ağlabatan görünür.
Mən o qədər unutqan deyiləm ki, söylədiyim ifadəyə hakim ola bilməyim. Həmin verilişdə məqsədimiz Türkiyə millisində olan problemləri ortaya çıxarmaq və məğlubiyyətə aydınlıq gətirmək idi. Nəyə görə Azərbaycan haqqında ağzıma gələni danışmalıyam?
 
Razılaşın ki, kiminsə ölkənizin adını “Türkiyə-mürkiyə” deyə çağırması sizin də xoşunuza gəlməz.
Təbii ki. Ancaq belə söz dediyimi yadıma sala bilmirəm. Bəlkə siz məni yanlış anlamısınız?
 
Bütün bunlardan sonra Azərbaycan xalqına demək istədiyiniz söz varmı?
Mən belə sözlər deməmişəm. Görünür siz oxuculara belə catdırmısınız.
 
Bizim kiməsə, nəyisə çatdırmağımıza ehtiyac yoxdur. Azərbaycandakı ailələrin böyük qisminin evində peyk anteni var və onlar Türkiyə kanallarını izləyə bilir.
Yenə deyirəm həmin verilişdə yalnız Türkiyə millisindən bəhs etmişəm. Mənim Azərbaycanla nə işim var? Onlar Yanlış başa düşübsə, bu mənim günahım deyil.
 
Necə düşünürsünüz, yığmamız evdə Almaniyadan xal ala biləcək gücdədir?
Futbolda mümkünsüz şey yoxdur. Əsas odur ki, mübarizə aparmağı bacarırlar. Ancaq səviyyə fərqi özünü göstərir. Bunun baş verəcəyinə o qədər də inanmıram.
 
Berti Foqtslu millimizin qrupu dördüncü sırada başa vurmaq istəyi sizcə həyata keçər?
Buna da inanmıram. Hər halda Almaniya, Türkiyə və Belçikanın nəyə qadir olduğu göz önündədi. Avstriya da cari tsikldə xoş təsir bağışlayır. Fikrimcə ən yaxşı halda beşinci yeri tuta bilərsiniz.
 
Sizcə Azərbaycan yığmasının üzvləri superliqada top qovacaq gücdədir?
Məncə çətin olar. Bizə qol vuran futbolçunuz Türkiyədə top qovsa da heyətə düşə bilmir. Halbuki, Azərbaycan millisinin aparıcı üzvlərindəndir.
 
Yanılırsız. Həmin Rəşad Sadıqov “Əskişəhərspor”un son iki oyununda 90 dəqiqə meydanda olub. üstəlik komandası hər iki qarşılaşmada qələbə qazanıb.
Ola bilər. Futbolçularınız mübarizə aparmağı sevir. Ancaq superliqada oynaya biləcəklərinə inanmıram.
 
Mənbə: Futbol+

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.