29 oktyabr 2010 00:02
ManUnited gənc türk futbolçuya maraq göstərir
İngiltərənin "Manchester United" klubu türk futbolçu İlkay Gündoğanla maraqlanır. Azerisport.az xəbər verir ki, bundesliqada mübarizə aparan "Nürnberg" klubunda forma geyinən 21 yaşlı futbolçunun transfer dəyərinin 9 milyon avro olduğu bildirilir.
Futbolçu "Nürnberg"-in "Wolfsburg"-u 2:1 hesabı ilə məğlub etdiyi oyunda skautların diqqətini cəlb edib.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü futbolçu Almaniya vətəndaşlığını qəbul edərək bu ölkənin millisinin şərəfini qorumağa başlayıb. İlkay Gündoğan Almaniyanın U-20 komandasının heyətində 2 oyunda meydana çıxıb.

Mənbə: ANS-Press