29 oktyabr 2010 00:16
Joze Mourinyo özünü "Qızıl top"a ən layiqli namizəd sayır
Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo hesab edir ki, tarixdə ilk dəfə ən yaxşı məşqçiyə veriləcək "Qızıl top"a ən layiqli namizəddi.
"Ötən mövsüm mən mümkün olan hər şeyi qazandım. Əgər bu mükafat mənə bu dəfə verilməsə, deməli mən ona heç vaxt sahib çıxa bilməyəcəm", - azerisport.az xəbər verir ki, bunu Mourinyo dedi.
Portuqaliya mütəxəssisin fikrincə, "Qızıl top" uğrunda mübarizədə onun əsas rəqibi İspaniya yığmasını dünya çempionu etmiş Visente del Boskedi. Qeyd edək ki, Mourinyo 2009/10 mövsümündə İtaliyanın "Inter"-i ilə ölkə çempionatı, Kuboku və Çempionlar liqasını qazandı.
Xatırladaq ki, baş məşqçilərin "Qızıl top"un təltifedilmə mərasimi yanvarın 10-da baş tutacaq.
Mənbə: AS
