30 oktyabr 2010 14:20
Ən maraqlı oyun Qarabağ – XL görüşü olacaq
Azerisport.az saytında növbəti sorğu keçirildi. Oxucular "Azərbaycan çempionatının 11-ci turun hansı oyunu sizin üçün daha maraqlıdır?" sualına cavab verdi. Nəticəyə görə ən çox maraq doğuran oyun "Qarabağ" – "Xəzər-Lənkəran" oldu. Bu variantı oxucuların 52% seçdi. İkinci yerdə isə "Bakı" – "Neftçi" oyunudur – 31%. Digər nəticələr isə bunlardı: "Gəncə" – "Qəbələ"– 8%, "Turan" – MOİK" – 4%, "AZAL – "Muğan" – 2%, "Simurq" – "İnter" və "heç bir oyun" variantlarını isə oxucuların cəmi 1% seçdi.
