30 oktyabr 2010 18:56
Revaz Dzodzuaşvili: Oyunun məsuliyyətini və ağırlığını başa düşürdük
Azərbaycan Premyer-liqasının 11-ci turunda Tovuzda MOİK klubunu qəbul edən "Turan" rəqibini 2:0 hesabı ilə məğlub edərək cari mövsümdə ilk qələbəsini qazandı.
"Bu məğlubiyyətdən sonra komandamız çox ağır vəziyyətlə üzləşib. Əsas heyətin bir neçə oyunçusu zədə səbəbindən bu oyunda da meydana çıxa bilmədi. Buna görə, əvəzedici heyətin 4-5 futbolçusunu əsas komandaya cəlb etdik. Fikrimcə, bu oyunda 1 xal bizim olmalı idi, heç-heçəyə nail ola bilərdik. İkinci qolu buraxdıqdan sonra komanda ruhdan düşdü. Meydana hücumçu buraxdıq, "Turan" oyunun sonlarında daha iki qol vura bilərdi. Qarşıdakı oyunlarda uğurlu çıxış edib xal ehtiyatımızı artırmağa çalışacağıq", - azerisport.az xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Ramil Əliyevdedi.
"Hər iki komandanın futbolçuları bu oyunun məsuliyyətini və ağırlığını başa düşürdü. Meydanda yaxşı oyun getdi. Turnir cədvəlində MOİK-i qabaqlamaq üçün mütləq qalib gəlməli idik. Hər iki komanda autsayder qrupunda olmasına baxmayaraq, futbolçular yaxşı oyun göstərdi", -"Turan"-ın çalışdırıcısı Revaz Dzodzuaşvilibildirdi.
Mənbə: PFL
