30 oktyabr 2010 19:31
Mirça Rednik: Baxımlı oyun izləmədik
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik ölkə çempionatının 11-ci turu çərçivəsində "Qarabağ"-la keçirilmiş oyun barəsində (1:0) öz fikirlərini bildirdi.
"Qarabağ" Azərbaycanın ən güclü komandalarından biridir. Yaxşı futbolçuları və baş məşqçisi var. Bugünkü oyun gərgin oldu. Meydanın vəziyyəti yaxşı deyildi. Baxımlı oyun izləməsək də, futbolçular meydanda mübarizə apardı", - azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, bunu Rednik dedi.
