30 oktyabr 2010 19:42
Qurban Qurbanov oyunun nəticəsini ədalətli saymır
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 11-ci turu çərçivəsində "Xəzər-Lənkəran"-la keçirilmiş oyun barəsində (0:1) öz fikirlərini bildirdi.
"Komandalar sonadək mübarizə apardı. Rəqib qapımıza bir zərbə vurudu, o da qol oldu. Bəxtimiz gətirmədi. Oyunun ədalətli nəticəsi heç-heçə olmalı idi. Lənkərandakı oyun daha maraqlı olacaq. Vüqar Nadirovun oyunu məni narahat edir: gündən-günə oyununda geriləmə var", - azerisport.az xəbər verir ki, bunu Qurbanov dedi.
