30 oktyabr 2010 00:02
Hiddink Chelsea`yə qayıtdı
Türkiyə yığmasının hazırki, İngiltərənin "Chelsea" komandasının keçmiş baş məşqçisi Qus Hiddink London klubunun bazasına baş çəkdi. Azerisport.az londonluların rəsmi saytına istinadən xəbər verir ki, bu səfər zamanı oyunçu və məşqçilərlə görüşdü.
Xatırladaq ki, Hiddink "Chelsea" ilə dörd ay ərzində çalışıb. Səfər zamanı təcrübəli mütəxəssis Türkiyə yığmasının gənc futbolçusu Gökhan Töre, idman direktoru Frank Arsen və baş məşqçi Karlo Ançelotti ilə söhbət etdi.
