30 oktyabr 2010 00:07
Birinci dövrənin sonu sürprizlər bağışlayacaqmı?
Bu gün və sabah Azərbaycan çempionatının 11-cü turun görüşləri keçiriləcək. Azerisport.az xəbər verir ki, birinci dövrənin son turunda ən çox maraq doğuran iki qarşılaşma olacaq: "Qarabağ" – "Xəzər-Lənkəran" və "Bakı" – "Neftçi".
İlk öncə "Qarabağ" – "Xəzər-Lənkəran" oyununa toxunaq. Əminliklə söyləmək olar ki, "Qarabağ"-ı çətin sinaq gözləyir. Bir tərəfdən Qurban Qurbanovun yetirmələri bu oyuna böyük itkilərlə yaxınlaşır: Samir Abbasov, Emin İmaməliyev, Andreys Rubins və Maksim Medvedevin yoxluğu şübhəsiz ki öz sözünü deyəcək. Digər tərəfdən isə, rəqib çempionluq uğrunda mübarizə aparan XL-dı. Bu da qələbə qazanmaq məqsədini daha da çətinləşdirir. XL də isə bu cür problemlər yoxdur. Əksinə, ikioyunluq cəzadan sonra kapitan Kamran Ağayev qayıdır. Lakin ağdamlıların bütün problemlərinə baxmayaraq, əvvəlcədən demək olar ki, bu qarşılaşma çox maraqlı və gərgin keçəcək. Həmçinin qeyd etmək olar ki, qarşıdaki oyun bu komandalar arasında keçirilən sayca 15-ci görüş olacaq. Keçirilmiş 14 oyunda komandalara cəmi bir dəfə heç-heçə ediblər. Və əgər bu statistikaya inansaq, bu görüşdə biz mütləq məğlub olan tərəfi görəcəyik.
Lider "Neftçi" isə formal olaraq "Bakı"-nın qonağı olacaq. Əgər Vinfrid Şeferin komandası keçən görüşlərdə olduğu kimi bu oyundada müdafiədə həmin səhvlər etsə, indidən söyləmək olar ki, "Neftçi" üç xal aparacaq. Hətta "Bakı" beş qol da vurduğu halda da. Çünki komandanın müdafiə xəttindəki qeyri-stabil və anlaşılmaz oyunu sadə qolların buraxılmasına gətirib çıxarır. Bu isə "neftçilərlə" oyunda baha başa gələ bilər. Şefer isə komandada əsaslı dəyişiklərə başlayıb. Artıq Bəxtiyar Sultanov, Vadim Bores, Vyaçeslav Sofroni əvəzedici komandaya göndərilib. Ola bilsin ki, bunun səbəbi futbolçuların baş məşqçinin tələblərinə uyğun gəlməməsidir. Hər halda, "Neftçi" ilə görüş çox şeyi həll edə bilər. Misal üçün əgər psixoloji baxımından problem varsa, qələbə bunu aradan qaldıra bilər. Əks halda nə olacağını demək çətindir. "Neftçi"-yə gəldikdə isə, bu komandaya da qələbə çox vacibdir. Ən azı ikinci gedən və cəmi iki xal geridə olan "Xəzər-Lənkəran"-ı yaxın buraxmamaq üçün.
Zaqatalada isə "Simurq" Bakının "İnter"-ini qəbul edəcək. Bu komandalar arasında görüş həmişə özünə məxsus maraq doğurur. Amma sırf oyun cəhətindən yanaşsaq, bu görüşdə hansı tərəf qalib olacağını söyləmək çətindir. Zaqatalalılar yaxşı futbol göstərir, ancaq təcrübəsizlik bəzən öz sözünü deyir. "İnter" isə qeyri-stabilliyini davam etdirir. Bəzən "bankirlər" nümunəvi komanda oyunu sərgiləyir. Lakin bu nadir hallarda baş verir. Buna baxmayaraq, "İnter" ilk üçlükdə necəsə qərarlaşıb. "Simurq" isə əksinə, əzmkar, komanda oyunu göstərərək, aşağıdan üçüncüdür.
Son turlarda sürpriz bağışlayan "Gəncə" isə dörd görüşdə məğlubiyyət yaşamayan Toni Adamsın "Qəbələ"-sini qəbul edəcək. Bu görüş də öz prinsipiallığı ilə seçilir. Hər iki komanda 14 xalla 6-7 ci pilləni bölüşdürür. Yəni, "altılığın" sərhədindədir. Məhz bu səbəbdən də görüşün maraqlı məcrada keçəcəyinə əmin olmaq olar. Amma digər tərəfdən, bu futboldur – hər şey baş verə bilər.
Digər görüşlərdə isə "Turan" MOİK-i, AZAL "Muğan"-ı, qəbul edəcək.
30 oktyabr
"Turan" – MOİK
AZAL – "Muğan"
AZAL – "Muğan"
"Qarabağ" – XL
31 oktyabr
"Bakı" – "Neftçi"
"Gəncə" – "Qəbələ"
"Simurq" – "İnter"
Turnir cədvəli:
|
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
TF
|
X
|
|
1
|
Neftçi
|
10
|
7
|
2
|
1
|
23-5
|
23
|
|
2
|
XL
|
10
|
6
|
3
|
1
|
12-5
|
21
|
|
3
|
İnter
|
10
|
6
|
1
|
3
|
8-8
|
19
|
|
4
|
AZAL
|
10
|
5
|
3
|
2
|
14-6
|
18
|
|
5
|
Qarabağ
|
10
|
5
|
3
|
2
|
12-6
|
18
|
|
6
|
Gəncə
|
10
|
3
|
5
|
2
|
17-15
|
14
|
|
7
|
Qəbələ
|
10
|
4
|
2
|
4
|
8-7
|
14
|
|
8
|
Bakı
|
10
|
3
|
3
|
4
|
12-13
|
12
|
|
9
|
Muğan
|
10
|
2
|
4
|
4
|
6-9
|
10
|
|
10
|
Simurq
|
10
|
1
|
3
|
6
|
9-18
|
6
|
|
11
|
MOİK
|
10
|
1
|
1
|
8
|
4-22
|
4
|
|
12
|
Turan
|
10
|
0
|
4
|
6
|
7-17
|
4
|
Bombardirlər:
11 – Nəsimov (Neftçi)
6 – Yuşka (AZAL), Junivan (Gəncə)
5 – Adamiya (Qarabağ), Zərgərov (Gəncə), Sxadadze (Simurq)
