31 oktyabr 2010 17:29
Kaxaber Sxadadze azərbaycanlı jurnalistlərə müharibə elan edib?
Azərbaycanın "İnter" klubunun baş məşqçisi Kaxabar Sxadadze növbəti dəfə öz mədəniyyətsizlini nümayiş etdirdi. Azerisport.az xəbər verir ki, bu dəfə gürcü mütəxəssis "Futbol+" nəşrinin əməkdaşının sualına nəlayiq sözlərlə cavab verdi.
Məsələ burasındadıki, Sxadadze "Simurq"-da icarə əsasında çıxış edən Paulis Paknus, Baçana Sxadadze və Tofiq Mikayılova "İnter"-lə qarşılaşmada meydana çıxmağa qadağan etdi. Baxmayaraq ki, müqavilədə belə bir bənd qeyd edilməyib.
"Nəyə görə bu üç futbolçuya bu görüşdə oynamağa qadağa qoydunuz?" sualı Sxadadzeni özündən çıxartdı və bundan sonra gürcü mütəxəssis jurnalistə kobudca cavab verərək ona hədə-qorxu gəldi.
Qeyd edək ki, bu artıq ilk dəfə deyil ki, Sxadadze azərbaycanlı jurnalistlərə qarşı bu cür hərəkətlərə yol verir.
