31 oktyabr 2010 19:18
Toni Adams: Gəncə istənilən vaxt, istənilən komandadan xal ala bilər
Azərbaycan Premyer-liqasının 11-ci turunda "Gəncə" klubu doğma meydanda "Qəbələ"-ni qəbul etdi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, MARAQLI və gərgin idman mübarizəsi şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.
"Çox gərgin və maraqlı oyun keçdi. Komandamın ilk hissədə göstərdiyi oyun məni qane etmədiyindən ikinci hissəyə iki əvəzetmə ilə başladıq. Bundan sonra komandanın oyunu müəyyən qədər dəyişdi. "Gəncə" çox gözəl oyun göstərdi. "Gəncə" istənilən vaxt, istənilən komandadan xal ala biləcək komandadır. Bundan sonrakı oyunlarda "Gəncə"-yə uğurlar arzulayıram", - "Qəbələ"-nin baş məşqçisi Toni Adamsdedi.
"Maraqlı oyun oldu. Xüsusən də ilk hissədə çoxlu qol imkanları yaratsaq da, onlardan faydalana bilmədik. "Qəbələ"-nin futbolçuları fiziki cəhətdən bizim oyunçulardan güclü olsalar da, başabaş mübarizə apara bildik. Çox təəssüf ki, qol epizodlarından istifadə edə bilmədik", - "Gəncə"çalışdırıcısı Fuad İsmayılovbildirdi.
