31 oktyabr 2010 00:02
Almir Hurtiç: Hədəfimiz ilk altılığdı
Azərbaycanın "Muğan" klubunun baş məşqçisi Almir Hurtiç ölkə çempionatının 11-ci turu çərçivəsində AZAL-la keçirilmiş oyun barəsində (0:2) öz fikirlərini bildirdi.
"Bugünkü oyunda yaxşı oynayan komanda məğlub oldu. Lakin, bu, futboldur. Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Komandamız yaxşı oynadı, lakin bəzən anlaşılmaz səhvlər buraxırdıq. Saşko Pandev hələ ki, komandaya tam uyğunlaşmayıb. Hədəfimiz ilk altılığa düşməkdir, sona qədər mübarizə aparacağıq", - azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, bunu Hurtiç dedi.
