31 oktyabr 2010 19:12
Şükürovun komandası məğlub olur, Diniyev isə bir xal qazanır (YENİLƏNDİ)
Bu gün Rusiya Premyer-liqasının 26-cı turun bir neçə oyunu keçirildi. Azerisport.az xəbər verir ki, azərbaycanlı azərkeşləri maraqlandıran iki oyun da oldu. Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi "Anjı" və Şahin Diniyevin "Terek" komandaları öz oyunlarını bu gün keçirdi.
"Terek" – "Spartak Nalçik" oyunu artıq başa çatıb. 13-ci dəqiqədə Vasyanoviç topu öz qapısına göndərərək, hesabı "Terek"-in xeyirinə edir - 1:0. 87-ci dəqiqədə Dyadyun hesabı bərabərləşdirdi - 1:1.
"Anjı" – "Lokomotiv" oyun 0:1 hesabı ilə qonaqların xeyirinə başa çatdı. Qeyd edək ki, Mahir bu oyunda çıxış etmədi.
