31 oktyabr 2010 12:29
Baş hakimin qeyri-müəyyən işarələri hər kəsi çaş-baş saldı (VİDEO)
Dünən İngiltərə Premyer-liqasının 10-cu turunda "Manchester United" – "Tottenham" arasında keçirilmiş oyunda maraqlı epizod baş verib. Azerisport.az xəbər verir ki, görüşün 85-ci dəqiqəsində meydan sahiblərin futbolçusu Nani qapıçının kbud səhvini qola çevirdi. Londonluların qapıçısı Eurelio Qomeş elə düşündü ki, baş hakim sərbəst zərbə təyin etdi. Lakin baş hakim heç bir qayda pozuntusuna işarə verməmişdi. Qeyd edək ki, hakimin qeyri-müəyyən işarələri hətta laynsmeni də çaşdırdı və o Naninin bu hərəkətini qayda pozuntusu kimi qeydə aldı.
