1 noyabr 2010 13:09
"Bu uğursuzluqda yalnız Vinfrid Şefer günahkar deyil"
Azərbaycanın "Bakı" klubunun forvardı Vaqif Cavadov ölkə çempionatının 11-ci turu çərçivəsində "Neftçi" ilə keçirilmiş oyun barəsində (0:2) azerisport.az saytına öz fikirlərini bildirdi. "Bu komnadamızın növbəti uğursuz oyunu idi. Nəticə çıxarmaq, səhvləri düzəltmək lazımdı. Əks halda bunlar hamısı təkrarlanacaq. Son oyunlara gəldikdə isə, uğursuzluqda yalnız Vinfrid Şefer deyil, bütün komanda günahkardı", - Cavadov dedi.
