1 noyabr 2010 15:07

Rəşad ABDULLAYEV: İkinci dövrənin başlanğıcı bizim üçün çox çətin alınacaq

Azərbaycanın "Neftçi" klubunun yarımmüdafiəçi Rəşad Abdullayev ölkə çempionatının 11-ci turu çərçivəsində "Bakı" ilə keçirilmiş oyundan sonra (2:0) azerisport.az saytına müsahibə verdi.

Birinci dövrənin son oyunu barəsində nə deyə bilərsiz?
Hələ oyuna qədər bilirdik ki, çətin olacaq. "Bakı" vəziyyətindən və turnir cədvəlindəki yerindən asılı olmayaraq hər zaman toplanıb döyüş verməyə hazırdır. Onların heyətləri çox güclüdü. Lakin bütövlükdə biz daha yaxşı oynadıq və layiqli qələbəni əldə etdi.
 
İlk yarıda "Neftçi" özünə heç oxşamırdı.
Bəli, birinci hissədə bizdə çox şey alınmırdı. Ola bilsin ona görə ki rəqib bəzi məqamlarda bizdən üstün idi.
 
Fasilədən sonra nəyi dəyişə bildiniz?
Sadəcə olaraq ikinci hissənin əvvəlində vurulan birinci qoldan sonra hər şeyi bizim xeyirimizə dəyişdirməyə çox kömək etdi. Bundan sonra "Neftçi" meydanda istədiyini edirdi.
 
Birinci dövrə arxada qaldı və "Neftçi" liderdi.
Əlbətdə ki bu bizim üçün çox vacibdir. Lakin əsas odur ki bu birinci pilləni mövsümün sonuna kimi qoruyub saxlaya bilək. Hələ ki biz ən yaxşı komandayıq. "Xəzər-Lənkəran" "Qarabağ"-ı məğlub edərək, birgünlük lider ola bildi. Bu da öz növbəsində bizə "Bakı"  ilə oyundan öncə əlavə motivasiya verdi.
 
Sizcə XL-dən başqa "Neftçi"-nin çempionluq uğrunda rəqibi kim olacaq?
Mən yalnız bizi və lənkəranlıları qeyd etməzdim. Ola bilsin ki, son turlarda məhz biz rəqabət aparacayıq. Hazırda bizim kifayət qədər rəqibimiz var. Hər bir komandanı saymaq lazımdır.
 
Artıq gələn həftə ikinci dövrə başlayacaq.
Bizim üçün ikinci dövrənin başlanğıcı çox çətin alınacaq. Güclü rəqiblərlə dalbadal qarşılaşacayıq. Hava şəraiti də pisləşir, bu isə öz növbəsində qazonların keyfiyyətinə təsir edəcək – bu bizim məqsədimizi daha da çətinləşdirir. Əgər bu ili biz ağır itkisiz keçə bilsək, o zaman "altılığda" işlərimiz daha yaxşı gedəcək.
 
Qeyd etmək lazımdır ki, "Neftçi" hücumda özünü daha rahat hiss edir...
Mən də belə düşünürəm. Bizim hazırki oyun üslubumuz hücum etməyimizə imkan verir və biz bundan daha çox istifadə etməliyik. Öz qapımız qarşısında oturaraq, heçnəyə nail ola bilməyəcəyik. Məhz buna görə əsas vaxtı hücumda keçiririk. Çünki hücumda bizdə hər şey daha effektli alınır.
 
Bu cür oyun üslubu ustalıqdan başqa digər keyfiyyətləri də tələb edir.
Təbii. Əgər fiziki cəhətdən biz hazır olmasaydıq, çətin ki nəsə alınardı. Buna sübut kimi sadəcə vurulan qolların sayına baxmaq lazımdı. Bizdən çox qol vuran yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.