1 noyabr 2010 16:53
Türkiyədə futbolçu baş məşqçini döymək istədi
Türkiyə Superliqasının 10-cu turunda "Beşiktaş" – "Sivasspor" keçirilmiş oyunundan sonra (2:1) İstanbul komandasının baş məşqçsi Bernd Şuster və forvard Fatih Tekke arasında münaqişə baş verdi. Azerisport.az xəbər verir ki, alman mütəxəssis kobud şəkildə öz narazılığını bildirərərk, futbolçunu kifayət qədər əzmkar oyun göstərmədiyində günahlandırdı.
Buna cavab olaraq futbolçu dedi: "Mənim 33 yaşım var. Heç kəsin mənə ağıl öyrətməyə ixtiyarı yoxdu".
Türkiyə mətbuatının bildirdiyinə görə, Tekke hətta Şusteri vurmaq da istədi.
Mənbə: Milliyet
