1 noyabr 2010 17:05
AFFA Neftçi`nin məşqçisi ilə bağlı qərarını qüvvədə saxlanıdı
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra "Neftçi" klubunun məşqçisi Bəxtiyar Musayevə verilən cəza ilə bağlı qərar qəbul edilib. Qərara görə, "Neftçi" PFK-nın şikayəti təmin olunmadı və İntizam Komitəsinin Bəxtiyar Musayev barədə çıxardığı qərar qüvvədə saxlanıldı.
