1 noyabr 2010 17:32
"XL sübut etdi ki, qızıl medallara əsas namizədlərdən biridir"
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun rumıniyalı yarımmüdafiəçisi Konstantin Arbanas ölkə çempionatının 11-ci turu çərçivəsində "Qarabağ"-la keçirilmiş oyund barəsində (1:0) azerisport.az saytına öz fikirlərini bildirdi.
"Ağdamlılarla oyun çətin alındı. "Qarabağ" yaxşı komandadı. Və buna görə çox şadam ki, bu cüt vacib qarşılaşmada qalib tərəf biz olduq. Bu üç xal "Neftçi" ilə birinci yer uğrunda mübarizədə bizə çox lazım idi. Həmçinni deyə bilərəm ki, ilk dövrəni uğurlu başa vurduq. "Gəncə" ilə oyunu nəzərə almasaq. XL sübut etdi ki, qızıl medallara əsas namizədlərdən biridir", - Arbanas dedi.
