1 noyabr 2010 19:13
Sxadadze klubdan qovuldu
Paulius Paknis, Baçano Sxadadze və Tofiq Mikayılov klubsuz qaldılar. Azerisport.az xəbər edir ki, «İnter» PİK-dan icarəyə götürülən və hal-hazırda müqavilə ilə «Simurq» PFK-ya məxsus olan bu futbolçularla bağlanmış müqavilənin 3.1.1 və 3.1.2-ci maddələrinə əsasən, qeyri-peşəkarlıq göstərərək hal-hazırda məxsus olduqları komandanın formasına hörmətsizlik edərək Premyer Liqasının Xİ turu çərçivəsində "İnter" PİK-lə oyuna cıxmaqdan imtina etdiklərinə görə, «Sİmurq» PFK-nın rəhbərliyinin qərarına əsasən hər üç futbolçu komandadan xaric edilmişlər.
