1 noyabr 2010 00:04
"Rəqib bizdən daha güclüdü"
Azərbaycan çempionatının 11-ci turunda "İnter" Zaqatalada "Simurq" klubunun qonağı oldu. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, oyunun ilk hissəsində Filip Despotovskinin vurduğu yeganə qol "İnter"-ə qələbə qazandırdı - 1:0.
"Ümumilikdə oyundan razı qaldım. Məni razı salmayan qol vəziyyətlərindən istifadə etməməyimizdir. 6-7 real qol epizodunda "Simurq"-un qapıçısı çox yaxşı oynadı", - "İnter"-in baş məşqçisi Kaxaber Sxadadzededi.
"İnter" klubunu qələbə münasibəti ilə təbrik edirəm. "İnter" bizdən daha güclü komandadır. Komandamın gələcəyinə inanıram, yaxşı komandamız var", - "Simurq"-unçalışdırıcısı Cokiça Haciyevskibildirdi.
"İnter" klubunu qələbə münasibəti ilə təbrik edirəm. "İnter" bizdən daha güclü komandadır. Komandamın gələcəyinə inanıram, yaxşı komandamız var", - "Simurq"-unçalışdırıcısı Cokiça Haciyevskibildirdi.
