1 noyabr 2010 00:09

Bakı öz futbolu axtarışında, XL-dən nümunəvi oyun, Sxadadzedən "mədəniyyət dərsi" – 11-ci turun icmalı

 

Bu gün Azərbaycan çempioanatının 11-ci turun və həmçinin birinci dövrənin son oyunları keçirildi. Azerisport.az xəbər verir ki, bu turda ən çox maraq doğuran iki oyun oldu: "Qarabağ" – "Xəzər-Lənkəran" və "Bakı" – "Neftçi".
 
Ağdamın "Qarabağ" klubu Bakıda Lənkəranın "Xəzər-Lənkəran" komandasının qəbul etdi. Oyun gözlənildiyi kimi gərgin alındı. Komandalara ilk yarıda qol vurmasalarda, meydanda mübariz oyun gedirdi. Buna baxmayaraq ilk yarıda futbolçuların heç biri fərqlənə bilmədi. Bütövlükdə oyunun gərginliyinə baxmayaraq, görüş o qədər də baxımlı alınmadı. Bəli, komandalar fəal idi. Amma bu qarşılaşmada marağı artırmırdı. İkinci hissənin əvvəlində hətta fəallıq da itdi. Lakin hardasa 60-cı dəqiqədən sonra XL "yuxudan ayıldı". Ardıcıl bir neçə təhlükəli hücumdan sonra Konstanin Arbanasın uzağdan vurduğu qüvvətli zərbəsi üst dirəylə "görüşək" qapı xəttini cəmi bir neçə santimetr keçdi. Həm bu gözəl qolun, həm də ki, qolu qeydə alan laynsmenə alqışlar. Epizodun təkrarı da göstərdi ki top qapı xəttini keçdi. Bundan sonra "Qarabağ"-ın baş məşqçisi Qurban Qurbanov oyun Vüqar Nadirovu buraxdı. Lakin gənc hücumçu bu dəfə heçnə ilə yadda qalmadı. Və nəinki Vüqarda, ümumiyyətlə bütün komandada hücumda heçnə alınmırdı. Bütövlükdə ağdamlıların heyətində Elvin Məmmədov və Ansi Aqolini qeyd etmək olar. Bu iki futbolçu bu görüşdə çox yaxşı təsir bağışladı. XL-də isə kimisə ayrıca qeyd etmək çətindir. Bu dəfə Lənkəran təmsilçisi sırf komanda oyunu göstərdi. Oyunun nəticəsinə gəldikdə isə heç-heçə daha ədalətli nəticə ola bilərdi. Amma nəticəni dəyişə biləcək heçnə yoxdur və XL üç xal qazanaraq turnir cədvəlində birgünlük lider oldu.
 
Liderliyi qaytarmaq niyyətində olan "Neftçi" isə öz oyunu axtarışında olan "Bakı"-nın formal qonağı oldu. İlk yarı komandaların fəallığı ilə başlasada artıq hissənin otrasına yaxın və 45-dəqiqənin sonuna qədər oyunda maraqlı heç bir şey baş vermirdi. Komandalar çox çalışırdı, amma heç birində fərli hücum alınmırdı. Üstə gəl meydanın mərkəzində həm "Netçi"-nin, həm "Bakı"-nın futbolçuları çoxlu səhvə yol verirdi. Əsasən ötürmələrdə. İkinci yarıda "Neftçi" bu nöqsanı demək olar ki aradan qaldıra bildi, lakin "Bakı"-da bu o qədər də uğurlu alınmadı. Ümumiyyətlə bu qarşılaşmada iki təmamiylə bir birinə bənzəməyən hissələr oldu. Əgər ilk 45 dəqiqə heçnə ilə yadda qalmadısa, ikinci hissə oyuna sanki ikinci həyat verdi. Xüsusən "Neftçi" daha da fəallaşdı. Artıq 50-ci dəqiqədə qısa boy Flavinyo "ikinci mərtəbədə" qalib gələrək, Denis Silvanın ötürdüyü topu qapıya göndərdi – 0:1. Qol "Bakı"-nı oyatdı. Görünürdü ki, komandanın futbolçuları daha bir məğlubiyyət acısını yaşamaq istəmir. Lakin bütün səylərə baxmayaraq, "Bakı"-nın hücumları alınmırdı ki alınmırdı. Əksinə "neftçilər" ardıcıl bir neçə təhlükəli vəziyyət yaratdı. Əvvəlcə Emil Mpenzanın zərbəsini Marko Şarlia dəf etdi, amma top meydandan çıxmaq əvəzinə qapının üst dirəyinə dəyərək, meydanı tərk etmədi. Topu ələ keçirən Bahodir Nəsimov onu Juninyoya, o isə öz növbəsində Cavid İmamverdiyevə ötürdü. Cavidin zərbəsini də qapıçı dəf etdi, lakin top Mpenzaya qayıtdı və onun daha bir zərbəsi yenidən üst dirəyə tuş gəldi. Bu gün belçikalı forvardın günü deyil idi. Buna cavab olaraq Juninyo Rauf Mehtiyevin qoruduğu qapısının üst dirəyinə də öz zərbəsini endirdi. Bundan dərhal sonra Bahodir Nəsimov əks hücum zamanı "Bakı"-nın qapısından ikinci qolu keçirir. Hətta bu qoldan sonra da "Neftçi" rəqibini iki dəfə məyus edə bilərdi. Ümumiyyətlə "Bakı"-nın oyunu çoxlu sual doğurur. Son oyunlarda əsas tənqid komandanın müdafiə xəttinə yönəlirdisə, bu dəfə müdafiəçilər daha yaxşı təsir bağışladı. Hücum isə dəhşətcəsinə axsayırdı. Sanki komandanın "beyini" yox idi. Ötən mövsümdə bu funksiyanı Aleksandar Şoliç yerinə yetirirdi və etiraf edək ki, bu onda əla alınırdı. Lakin bu mövsüm "Bakı"-da bu funksiyanı yerinə yetirən hələ ki yoxdur. Vaqif Cavadov bu funksiyanı yerinə yetirə bilərdi. Amma o da hazırda öz formasında çox-çox uzaqdı. Bu görüşün sonunda da "Bakı"-nın azərkeşləri növbəti dəfə Vinfrid Şeferi istefaya çağırırdı. Və əgər ikinci dövrədə komandanın oyununda dönüş baş verməsə, kim bilir Şefer öz vəzifəsində qalacaq yoxsa yox.
 
Zaqatalada isə yerli "Simurq" "İnter"-lə qarşılaşdı. Və burada o qədər oyun haqqında deyil, nə qədər ki "bankirlərin" baş məşqçisi Kaxaber Sxadadze danışmaq lazımdır. Gürcü mütəxəssis Azərbaycan mətbuatına nə sübut etmək istəyir? "Nəyə görə Paulis Paknus, Baçana Sxadadze və Tofiq Mikayılova "İnter"-lə oyunda meydana çıxmağa qadağan olunub?" sualına qeyri-adekvat reaksiya ilə cavab verərək, öz mədəniyyətini, daha doğrusu həmin mədəniyyətliyin yoxluğunu bir də sərgilədi. Maraqlıdır, görəsən kimsə bununla bağlı nəsə deyəcək/edəcəkmi? Kim bilir. Oyunun özünə qayıtdıqda isə, görüş "İnter"-in hücumları ilə başladı. Ardı kəsilməyən hücumların məntiqi nəticəsi kimi Filip Despotovski oyunda hesabı açır – 0:1. Qoldan sonra "İnter" sakitləşdi. Yəgin 14-cü dəqiqədə vurulan topdan başqa qol gözləmirdilər. Amma "Simurq" yavaş-yavaş təşəbbüsü əlinə keçirə bildi və ilk yarının sonuna yaxın hesab bərabərləşməyə yaxın idi. İkinci hissə isə demək olar ki sakit məcrada keçdi. Yalnız hissənin ortalarında hakim Petar Zlatinovun üzərində edilən mübahisəli qayda pozuntusuna görə penalti nöqtəsinə göstərdi. Lakin "Simurq"-un qapıçısı Hociç ikinci qolun vurulmasına mane oldu. Qalan dəqiqələr də isə hər iki komadna hücum edirdi, amma hesab 0:1 olaraq qaldı.
 
Gəncədə yerli eyniadlı komanda "Qəbələ"-ni qəbul etdi. Turnir cədvəlinə nəzər yetirsək, görərik ki, hər iki komanda bu tura aktivində 14 xalla yaxınlaşıb və 6-7 yerləri öz aralarında bölüşdürür. Bu baxımdan oyun prinsipial məcrada keçəcəyi gözlənilirdi. Lakin ilk yarı dameydan demək olar ki bir komanda var idi, o da "Gəncə". Faktiki olaraq ilk 45 dəqiqə gəncəlilərin diktəsi altında keçdi. "Gəncə" artıq birinci hissədə hesabı ən azı 1:0 edə bilərdi. Ancaq top qapıya daxil olmaq istəmirdi. İkinci hissədə Toni Adams iki yeni futbolçu buraxdı və bundan sonra "radarların" oyunu canlandı. Qalan 45 dəqidənin qarşılıqlı hücum şəraitində keçməsinə baxmayaraq, stadiona gələn azərkeşlər qol görmədi.
 
Dünən isə Tovuzda isə MOİK "Turan"-ın qonağı oldu. Bu görüş barəsində nəsə demək çətindir. Və bunun əsas səbəbi... Düzdü – MOİK! Yenə də bizə anti-futbol dərsini keçən "hərbiçilər" bu dəfə "Turan"-a qarşı heçnə edə bilmədi. Tovuzlular isə istədiyini edirdi. Yağmurlu havaya baxmayaraq, "Turan" bütün oyunu hücumda keçirdi. Və əgər tovuzlular yaranan vəziyyətlərdən daha səmərəli istifadə edə bilsəydilər, hesab artıq ilk yarıda 3:0 və ya 4:0 ola bilərdi. Çox təəccüblü oldu ki, qarşılaşmada yalnız iki qol vuruldu.
 
AZAL – "Muğan" görüşü isə paytaxt təmsilçisinin xeyirinə bitdi. Hər iki komanda fəallığı ilə seçilirdi, ancaq təhlükəyə kimi çatmırdı. Faktiki olaraq qapılar qarşısında cəmi üç doğrudanda təhlükəli vəziyyət yaranmışdı və onlardan ikisi qolla nəticələnmişdir. Qvidas Yuşka və Viktor İbekoyinın qolları sayəsində AZAL növbəti qələbəsini qazanaraq xal aktivini 21-ə çatdırdı.
 
QARABAĞ – XL - 0:1
Qol: Arbanasın (66).
 
TURAN – MOİK - 2:0
Qollar: V.Hüseynov (13), Viktor Qonta (56)
 
AZAL – MUĞAN - 2:0
Qollar: Qvidas Yuşka (25),Viktor İbekoyi (85)
 
BAKI – NEFTÇİ - 0:2
Qollar: Flavinyo (50), Bahodir Nəsimov (71)
 
SİMURQ – İNTER - 0:1
Qol: Filip Despotovski (14)
 
GƏNCƏ – QƏBƏLƏ - 0:0
 
Turnir cədvəli: 
 
Komanda
O
Q
H
M
 TF
X
1
Neftçi
11
8
2
1
25-6
26
2
XL
11
7
3
1
13-5
24
3
İnter
11
7
1
3
9-8
22
4
AZAL
11
6
3
2
16-6
21
5
Qarabağ
11
5
3
3
12-7
18
6
Gəncə
11
3
6
2
17-15
15
7
Qəbələ
11
4
3
4
8-7
15
8
Bakı
11
3
3
5
12-15
12
9
Muğan
11
2
4
5
6-11
10
10
Turan
11
1
4
6
9-17
7
11
Simurq
11
1
3
7
9-19
6
12
MOİK
11
1
1
9
4-24
4
 
Bombardirlər:
12 – Nəsimov (Neftçi)
7 – Yuşka (AZAL)
6 – Junivan (Gəncə)
5 – B.Sxadadze (Simurq), Adamiya (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.