2 noyabr 2010 13:50

Vaqif CAVADOV: Bu vəziyyətdən çıxmaq üçün bizə qələbə lazımdır

Azərbaycanın "Bakı" klubunun hücumçusu Vaqif Cavadov azerosport.az saytına müsahibə verdi.

"Neftçi" ilə oyun "Bakı" üçün ardıcıl üçüncü məğlubiyyət oldu. Komanda ilə nə baş verir?
Əgər bunu özümüz bilsəydik, deyərdik. Bütün ümidlərimiz bu oyunla bağlı idi. Birinci hissədə biz normal görsənirdik. Lakin buraxılan qoldan sonra heçnə alınmırdı. "Neftçi" müdafiəyə oturdu və bizi əks-hücumlarda tutdu. Bizdə sadəcə olaraq heçnə alınmırdı. Sanki bütün futbolçular qara zolaq üzərindədi.
 
Lakin qola qədər də "Bakı" bir dəfə də olsun təhlükəli məqam yaradmayıb.
Oyun gərgin idi buna görə də hər iki komanda cərimə meydançasına çata bilmirdi. Müdafiəçilər yaxşı oynayırdı. Əsas mübarizə meydanın mərkəzində keçirdi.
 
Komandanın əsas problemini nədə görürsünüz?
Bu barədə yalnız məşqçi danışa bilər. Mən futbolçuyam və onun dediklərini etməliyəm.
 
Siz hesab edirsiniz ki, Şeferin ümidlərini doğruldursuz?
Bəziləri deyirik mən klubda və millidə fərqli oyun göstərirəm. Amma mən klubda da maksimuma oynamaq çalışıram. Başa düşürəm ki, hələ öz optimal formamı yığmamışa, lakin məğlubiyyətdə yalnız mənim günahım deyil. Bununla belə, dərk edirəm ki, mənim üzərimə böyük diqqət yönəlib.
 
Bəs haçan biz əvvəlki Vaqifi görəcəyik?
Öz üzərimdə işləyirəm. Maksimuma oynamağa çalışıram. Sadəcə bu həmişə alınmır.
 
Bu yaxınlarda mətbuatda məlumat yayıldı ki, klubun iclasında siz tənqidə və hətta pul cəriməsinə məruz qalan futbolçulardan biriydiniz?
Bu barədə sizdən eşidirəm, buna görə də bunu şərh edə bilmərəm.
 
İkinci dövrədə "Bakı"-dan nə gözləyək?
Qısa müddət ərzində özümüzə gəlməliyik. Sanki bizə göz dəyib. Vəziyyətdən çıxmaq üçün bizə bir qələbə lazımdır.
 
Hazırda "Bakı" liderdən 14 xal geridə qalır. Demək olarmı ki, sizinz üçün çempionluq artıq itirilib?
Əsas odur ki, ilk "altılığa" düşək sonradan isə görərik nə baş verəcək. Komanda hələ ki formasını yığmayıb. Lakin ikinci dövrədə hər şey dəyişilməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.