2 noyabr 2010 14:03
Everton Araz Abdullayevin keçidini təkzib edir
İngiltərənin "Everton" komandasının nümayəndəsi bildirdi ki, klub Bakının "Neftçi" və Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevi almaq və ya almamaq barəsində hələ ki qərar verməyib.
Azerisport.az xəbər verir ki, həmin nümayəndənin Liverpool Echo nəşrinə verdiyi məlumata görə, onlar hələ də Abdullayevi birinci almaq ixtiyarı malikdir: "Lakin klub bu futbolçunu keçidi ilə bağlı hələ ki qərar verməyib".
Qeyd edək ki, əgər "Everton" Arazı alsa, o zaman klub işçi vizasını almalıdır. Bu mövsümdə Liverpul təmsilçisi artıq bir legioner almağa çalışmışdı. Lakin niqeriyalı Viktor Obinnanın viza ilə bağlı problemləri bu transferi həyata keçirməyə imkan vermədi və nəticədə Afrika təmsilçisi "West Ham" komandasına keçdi.
