2 noyabr 2010 14:23
Neftçi rəsmisi: Bizdə Everton`un rəsmi məktubu var
Xəbər verdiyimiz kimi Liverpool Echo məlumat yaymışdır ki, "Everton" Bakının "Neftçi" və Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin yanvarda alacağı barəsində qərar verməyib.
"Bizdə "Everton"-un rəsmi məktubu var. Və bu məktubda bildirilir ki, Arazın keçidi ilə bağlı bütün məsələlər yanvarda həll olunacaq. Həmçinin viza məsələsi də: bu məsələ artıq indidən həll olunur. Məqaləyə gəldikdə isə, o müəllifin fikiri ola bilər, çünki heç bu məlumatı verən "Everton" nümayəndəsinin adı da çəkilməyib", - bu barədə azerisport.az saytına "Neftçi"-nin mətbuat xidmətinin rəisi Elnur Əşrəfoğlu bildirib.
