"Hamı deyirdi ki, Bakı bizi məğlub edəcək"
Azərbaycanın "Neftçi" klubunun qapıçısı Rauf Mehdiyev "Bakı" ilə oyun barəsində (2:0) öz fikirlərini bildirdi. "Son oyunumuz çox ağır keçdi. Özünüzdə gördünüz ki, "Bakı" bizə qarşı xüsusi motivasiya ilə meydana çıxmışdı, çünki bu oyun onlar üçün son şanslardan biri idi. Mətbuatda yazırdılar ki, "Bakı" bizi məğlub edəcək, ancaq özümüzü toparlayıb bütün gücümüzlə oynadıq və bunun nəticəsi idi ki, qələbə qazanaraq liderliyi əldən vermədik. Zədəmə gəldikdə isə qarşılaşmada rəqibin braziliyalı hücumçusu Jaba ilə toqquşarkən, dizim onun dizinə dəydi və ayağımda ağrılar hiss etdim. Həkim muayinəsindən keçdim. Ciddi bir şey yoxdur. Sabahdan etibarən komanda ilə məşqlərə başlayacam"- azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, bunu Mehdiyev dedi.
