2 noyabr 2010 16:15
Arif ƏSƏDOV: Hansı legionerlə vidalaşacağımızı özünüz görəcəysiniz
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibə verdi.
11 turdan sonra "Neftçi" birincidir – bunu artıq qeyd etdiniz?
Bu gün (dünən – red.) iclas keçirdik. Birinci dövrənin nəticəsi haqqında danışdıq, komandanın hazırki vəziyyətinə toxunduq. Sevinməyə isə vaxtımız yoxdur, çünki artıq qarşıda gələn turda "İnter"-lə qarşılaşacayıq.
Demək olarmı ki, hər şey planlaşdırıldığı kimi keçir?
Birinci dövrəni birinci yerdə bitirdik. Buna görə də cavabım – hər şey planlaşdırılmış kimi keçdi.
Nəticəni necə təhlil edərdiniz?
Çempionatı o qədər də yaxşı başlamadıq və bunun bir neçə səbəbi var. Birincisi, heyəti formalaşdırmaq lazım idi, bu isə müəyyən vaxt tələb edirdi. İkincisi, futbolçularımız tez-tez yığmanın heyətinə çağırılırdı. Lakin yavaş-yavaş hər şey qaydaya gəldi. "Neftçi" yaxşı oyun sərgiləyərək, qələbə qazanmağa başladı. Bu çox vacibidr.
Bununla belə, heç bir məşqçi komandası ilə 100 faiz razı ola bilməz.
Təbii. Bizim böyük potensialımız var və biz onu hələ də tam açmamışıq. Bü gün biz öz imkanlarımızın 70-80 faizindən istifadə edirik.
Hansı nöqsanları siz qeyd edərdiniz?
Əgər bu barədə danışsam, o zaman rəqib bunları biləcək və bunu bizə qarşı istifadə edəcək (gülür). Qoy bu komandanın daxilində qalsın.
Bahodir Nəsimovun icarəsi barəsində "Rubin"-lə danışığlar aparılırmı?
Bu məsələ ilə bağlı rəhbərliyimiz çalışır. Onu və həmçinin digər fayda gətirən legionerləri heyətdə saxlamaq istəyirəm. Çoxlarında müqavilə müddəti bir illikdir. Çalışırıq ki, onları komandada 2-3 ilə saxlayaq. Məqsədimiz Avropa futbolu sərgiləyə biləcək yaxşı kollektiv qurmaqdır.
Bütün bu legionerlər ümidlərinizi doğruldu?
Komandanın oyun modelinə uyğun gəlməyənlər qışda klubu tərk edəcək. Adları çekmək hələ ki tezdir. Kiminlə vidalaşacağımızı özünüz görəcəysiniz.
Gedənlərin yeri adətən yeni futbolçularla əvəzləyirlər. Bu planlarınıza daxildir?
Əlbətdə. Bizə iki eyni gücə malik heyət lazımdır.
Həmçinin "Neftçi" gənc azərbaycanlı futbolçularla fərqləndi. Onların çıxışında razı qaldınız?
Onlar doğrudan da sevindirir. Gənclərimiz çempionatın ağırlığını, məhsuliyyətini üzərinə götürə və komandaya həlledici məqamlarda kömək edə bilər.
Komandanız birinci pilləni gələn ilə kimi qoruyub saxlaya biləcəkmi?
Bir də təkrarlayım ki, potensialımız var. Hazırda göstərdiyimizdən də yaxşı oynaya bilərik.
"Neftçi" yaxşı forma yığıb və 12-ci turda "İnter"-lə qarşılaşacaq. Bu mərhələdə ölkə çempionu ilə görüşmək sərfəlidirmi?
Siz bilirsiz ki, "İnter" prinsipial rəqibdir. Bu klubla çətin oyunlarımız alınır. Hazırda kiminlə oynamaq daha yaxşı olacağı barəsində düşünmürük. Gözlənilirdi ki, "Turan"-la asan olacaq, ancaq elə alındı ki biz Tovuzda iki xal itirdik.
Demək olar ki ilk turlardan birinci yer uğrunda mübarizə "Neftçi" və "Xəzər-Lənkəran" arasında keçir. XL-ı komandanızın əsas rəqibi kimi sayırsınız?
Əgər turnir cədvəli baxımından, razıyam. Həmdə nəzərə almalıyıq ki, yeganə məğlubiyyəti biz elə XL-la oyunda almışıq. Lakin "Qarabağ", "İnter", "Bakı" haqqında da unutmaq lazım deyil.
Fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin gedişi komandaya təsir edəcəkmi?
Xeyr. Buna cavab verən hələ üç məşqçimiz var. Melkiorre mənim göstərişlərimi yerinə yetirirdi. Onsuz biz iki oyunda qələbə qazandıq. Buna görə də onun gedişi təsirsiz ötüşəcək.
Нет, у нас есть еще три тренера, которые отвечают за это. В конце концов, Мелкьорре работал по моим указаниям. Да и без него мы победили в двух матчах. Так что его уход никак не скажется.
