2 noyabr 2010 16:45
Bayern Münich qeyri-adi problemlə üzləşdi
Almaniyanın "Bayern Münich" klubu sabah Çempionlar Liqası çərçivəsində "CFR Cluj"-la oyun ərəfsində qeyri-adi problemlə üzləşib. Azerisport.az alman klubunun rəsmi saytına istinadən xəbər verir ki, Luin van Qalın sərəncamında cəmi 15 futbolçu qalıb. Münxenlilərin zədəli futbolçular "heyətinə" İvisa Oliç, Holqer Badştuber, Aryern Robben, Miroslav Kloze, Mark van Bommel, Frank Riberi və hələ bir neçə oyunçu yer alır.
