2 noyabr 2010 17:11
Neftçi`nin legionerləri ən yaxşıları oldu
Azerisport.az saytında növbəti sorğu keçirildi. Oxucular "Azərbaycanda hansı komandanın legionerləri sizin ümidlərinizi doğruldur?" sualına cavab verdi. Sorğuda iştirak edənlərin əksəriyyəti – 47 faizi – hesab edir ki, ən yaxşı legionerlərə hazırda "Neftçi" malikdir. "Xəzər-Lənkəran" isə 33%-lə ikinci yeri tutdu. Digər nəticələr:"Qarabağ" – 11%, "Bakı", "digər komanda" – hər iki 5%. Oxucuların seçiminə əsasən "İnter" klubunun legionerləri ümidləri heç cür doğrultmur.
