2 noyabr 2010 00:06
Chelsea ulduz futbolçulardan doymur
İngiltərənin "Chelsea" klubu Almaniyanın "Bayern Münich" komandasının yarımmüdafiəçisi Bastian Şvaynştayqerlə ilkin müqavilə imzalamağa planlaşdırır. Azerisport.az xəbər verir ki, münxenlilər buna cavab olaraq Şvayninin maaşını illik 10 milyon avroya qədər artırmağa təklif edib. Həmçinin "əsilzadələr" "Barcelona"-nın müdafiəçisi Dani Aveşi də heyətinə qatmaq istəyir. Hazırda "Barca" və Alveş arasında yeni müqavilənin müzakirəsi keçirilir və əgər bu müzakirələr 31 dekabra qədər uğursuz nəticələnsə, "Chelsea" müdafiəçiyə görə 22 milyon funt sterlinq tərklif edəcək.
Mənbə: Daily Mirror
