2 noyabr 2010 00:13
Galatasaray nümayəndəsi Bakıya gəlir
Türkiyənin "Galatasaray" klubunun vitse-prezidenti Bakıya "Neftçi" klubunun fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorrenin keçidini rəsmiləşdirməyə gələcək. Azerisport.az xəbər verir ki, bu barədə "Neftçi"-nin prezidenti Sadıq Sadıqov məlumat verib.
"Bu komandanın vitse-prezidentlərindən biri noyabrın 5-dək Bakıda olacaq və Melkiorre ilə bağlı yaranan məsələ həll ediləcək", - Sadıqov dedi.
Qeyd edək ki, "Neftçi" rəhbərliyi Melkiorrenin "Galatasaray"-da işə başlamasında UEFA-ya şikayət etməyi planlaşdırır. Lakin hələlik "Galatasaray"-a müraciət edən paytaxt klubu vitse-prezidentin yolunu gözləyir.
