2 noyabr 2010 00:21
ManUnited alman klubunun bombardirini almaq niyyətindədi
İngiltərənin "Manchester United" klubu Almaniyanın "Wolfsburg" komandasının hücumçusu Edin Cekonu almaq istəyir. Azerisport.az xəbər verir ki, ingilis qrandı bosniyalı futbolçuya görə 25 milyon funt sterlinq ödəməyə hazırdır. Qeyd edək ki, 24-yaşlı Ceko alman klubunun heyətinə 130 oyun keçirərək, 81 qol vurub.
