2 noyabr 2010 12:40
Çernoqoriya Azərbaycana qarşı kimləri çağırıb?
Çermoqoriya yığmasının baş məşqçisi Zlatki Krançar Azərbaycanla keçiriləcək oyuna komandasının heyətini açıqladı. Azerisport.az xəbər verir ki, Çernoqoriya yığmasının çalışdırıcısı 22 oyunçu çağırıb.
Qapıçılar: Mladen Boyoviç ("Fehervar", Macarıstan), Srcan Blayiç ("Standard", Belçika);
Müdafiəçilər: Savo Paviçeviç ("Makkabi Tel-Aviv", İzrail), Marko Başa ("Lokomotiv", Rusiya), Miodraq Çudoviç, Milan Yovanoviç (hər ikisi "Sparta", Nalçik, Rusiya), Stefan Saviç ("Partizan", Serbiya), Yarko Tomaşeviç ("Nacional", Portuqaliya), Radoslav Batak, Luka Peyoviç (hər iki "Mogren");
Yarımmüdafiəçilər: Milorad Pekoviç ("Groyter", Almaniya), Elsad Zveroviç ("Lusern", İsveçrə), Mitar Novakoviç ("Amkar", Rusiya), Vladimir Bojoviç ("Rapid", Rumıniya), İvan Fatiç ("Cesena", İtaliya), Simon Vukçeviç ("Sporting", Portuqaliya), Mladen Kasçelan ("Jagelonia", Polşa);
Hücumçular: Mirko Vuçiniç ("Roma", İtaliya), Radomir Daloviç ("Rieka", Xorvatiya), Fatoş Beçiray ("Dinamo", Xorvatiya), Andriya Delibaşiç ("Raio Vallecano", İspaniya), Deyan Damyanoviç ("Seul", Cənubi Koreya).
Qeyd edək ki, komandalar arasında yoldaşlıq görüşü noyabrın 17-də Podqorisa şəhərində baş tutacaq.
