3 noyabr 2010 13:39
Barca "ikinci Qiqqzi" heyətinə qatmaq istəyir
İspaniyanın "Barcelona" klubunun rəhbərliyi və məşqçilər heyəti İngiltərənin "Tottenham" komandasının futolçusu "ikinci Qiqqz" sayılan Qaret Beylın xidmətlərində maraqlıdır. Azerisport.az xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Andoni Subisarreta bu məlumatı təsdiq etdi.
"Beyl çox maraqlı futbolçudu, özünə məxsus oyun üslubu var. Hesab edirəm ki, İspaniyada o özünü yaxşı tərəfdən göstərəcək", - Subisarreta dedi.
Qeyd edək ki, Beylın adı "Real"-ın transfer məqsədlərin siyahısında da səsləndirilirdi. Lakin baş məşqçi Joze Mourinyo bildirdi ki, "ikinci Qiqqzin" xidmətlərində maraqlı deyil.
Mənbə: Marca
