3 noyabr 2010 15:20
Aleks FLAVINYO: Özümdən bunu gözləmirdim
Azərbaycanın "Neftçi" klubunun yarımmüdafiəçisi Flavinyo azerisport.az saytına müsahibə verdi.
Azərbaycan futbolu sizə, yəni braziliyalı bir oyunçuya hansı təsir bağışlayır?
Azərbaycan çempionatında oynamaq xoşuma gəlir. Bura qabaqları oynadığım çempionatlardan fərqlənir. Çempionluq uğrunda altı komanda mübarizə aparır. Biz indi bu uğura daha yaxınıq. Beş ildir ki, komanda qızıl medal qazana bilmirdi. Hesab edirəm ki, vaxtımız çatdı.
Premyer-liqa çıxış etdiyiniz çempionatlardan nə ilə fərqlənir?
Qəribə keçirilmə sxemi ilə. Braziliyida 24 komanda öz aralarında iki oyun keçirir. Burada isə bəzi komandalara qarşı hətta dörd dəfə qarşılaşmalı olacaqsan.
Sizcə, "Neftçi" nəyin hesabına görə birinci dövrəni belə uğurlu keçirə bildi?
Müdafiə və hücumdaki oyununa görə. Digərlərlə müqayisədə bizim kollektivimiz daha möhkəmdir. Mənə hətta elə gəlir ki, biz digər klublardan daha çox çempion olmaq istəyirik.
Siz artıq çempionatın bütün komandaları ilə qarşılaşdınız. Onların arasında kimi qeyd edərdiniz?
"Xəzər-Lənkəran", "İnter" və xüsusən də "Bakı", hansıki qəribə səbələrə görə stabil xal yığa bilmir. Bu komandalar bizimlə bir səviyyədədir. Buna baxmayaraq, biz bu klubları qabaqlayırıq. Onlar daha yaxşı oynamalıdır.
Baxmayaraq ki, bu sizin Azərbaycanda ilk mövsümünüzdü, yerli şəraitə tez bir zamanda alışa bildiniz.
Açığı deyim ki, bu mənim özümə də sürpriz oldu. Özüm özümdən bunu gözləmirdim. Buradaki dostlarım hava şəraitinin Braziliyadan fərqli olduğu ilə məni qorxuzurdu. Şadam ki, Azərbaycan futboluna belə tez bir zamanda öyrəşdim. Bununla da komandaya kifayət qədər kömək göstərə bildim.
Ölkəmizdə nə ilə rastlaşacağınızı gözləyirdiniz və nəticədə necə oldu?
Gəlməmişdən öncə Denis Silva və "Bakı"-da çıxış edən Juninyo ilə məsləhətləşdim. Elə gözlədiyim kimi də oldu. İş şəraitinə heç bir şikayət yoxdur.
Qarşıdaki turda komandanız hazırki çempion "İnter"-lə qarşılacaşaq. Bu rəqiblə birinci dövrədəki görüş sizin xeyirinizə bitmişdi (2:0)...
Düşünmürəm ilk görüşdə olduğu kimi asan olacaq. Bu qarşılaşma bizim üçün daha çətin olacaq. Bu dəfə rəqib hücumda daha diqqətli olaraq bizə fərqlənməyə imkan verməməyə çalışacaq.
Bu komandanın heyətində kimi qeyd edə bilərsiz?
Bəzi oyunçuları tanıyıram. Lakin kimisə ayrıca qeyd etmək çətindir. "İnter"-də hamıdan fərqlənən futbolçu yoxdur. Hər kəs bərabərdi. Bütün çətinliklərə baxmayaraq, onları ikinci dəfə də məğlub etməyə bizə heçnə mane olmamalıdır.
Beşillik çempionluq həsrətində olan "Neftçi"-yə maneçilik törədə biləcək nə ola bilər?
Yalnız əsas raundun oyunları başlyanda bu barədə nəsə demək olar. Biz hələ heç "altılığa" da düşməmişik, siz isə çempionluqdan danışırsız.
