3 noyabr 2010 16:06
Viktor Valdes Şumaxerin "qəhrəmanlığını" təkrarlamaq istədi (VİDEO)
Çempionlar Liqasının 4-cü turu çərçivəsində "Copenhagen" – "Barcelona" oyununda dəhşətli hadisə baş verdi. Azerisport.az xəbər verir ki, oyunun 47-ci dəqiqəsində "Barca"-nın qapıçısı Viktor Valdes topa çıxdı və həmin ötürməyə qaçan rəqibin hücumçusu Dame N`Doye ilə toqquşdu. Başından zədə alan "Copenhagen"-in hücumçusu bir neçə dəqiqə özünə gələ bilmirdi.
Qeyd ədək ki, buna bənzər toqquşma DÇ-1982-də baş vermişdir: Almaniya yığmasının qapıçısı Toni Şumaxer Fransa yığmasının müdafiəçisi Patrik Batistonla toqquşmuşdu.
