3 noyabr 2010 16:36
"İnter`lə oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız yoxdur"
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsəsdov 12-ci tur çərçivəsində noyabrın 6-da "İnter"-lə keçiriləcək oyun barəsində öz fikirilərini bildirdi. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtları yoxdur.
"Bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadığından, istirahət etmədən futbolçuları məşq toplantısına yığdıq. "Bakı" ilə görüşdə iştirak edən futbolçular bərpa prosesi keçiblər, digərlərini isə ciddi məşqlərlə yükləmişik. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Bundan başqa, gündə bir dəfə olmaqla məşq edirik. Komandanın kapitanı Rail Məlikovun zədəsi sağalmayıb. Üstəlik, Cavid İmamverdiyev, Ruslan Qurbanov və Vladimir Burdulinin yungül zədələri var. Bununla belə, "İnter"-lə oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq. İlk dövrəni turnir cədvəlinin zirvəsində bitirdik. İkinci dövrəyə qələbə ilə başlamaq və xal ehtiyatımızı rəqiblərdən asılı olmayaraq artırmaq istəyirik", - Əsədov dedi.
