"Qarabağ`da müəyyən enişin olması normaldır"
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Devran Ayhan komandanın son oyunları və gələcək perspektivləri barəsində danışıb. "Qarabağ"-a yeni gələndə zədələnməyim heç yerinə düşmədi. Daim öz üzərimdə çalışaraq zamanımı gözləyirdim. Hazır olmağım üçün vaxta ehtiyac vardı. Komandanın avrokuboklara erkən başladığı üçün müəyyən enişin olması normaldır. Amma getdikcə oyunumuzu tapırıq. Get-gedə daha yaxşı oynayacağıq. Hal-hazırda qərarlaşdığımız 5-ci pillə bizə qane etmir. Üstəlik, zədəli futbolçularımızın çoxluğu da öz sözünü deyir. Amma əmin ola bilərsiz ki, tezliklə daha yuxarılara qalxacağıq. Mənim özümün "Qarabağ"-a uyğunlaşmağıma gəlincə. Təbii ki, komandanın hamısının eyni dildə danışması və fikirləşməsi komandanıın ruhunun formalaşması üçün çox önəmlidir. "Qarabağ"-da bu baxımdan demək olar ki, vəziyyət idealdı. Ona görə də "Qarabağ"-da özümü çox rahat hiss edirəm. İnanıram ki, mövsümün sonunda "Qarabağ"-da ən azı bir titul qazanacam", - azerisrpot.az ağdamlıların rəsmi saytına istinadən xəbər verir ki, bunu Ayhan dedi.
