3 noyabr 2010 17:05
Mançester klubu Juventus`un futbolçusunu almaq istəyir
İngiltərənin "Manchester United" klubu İtaliyanın "Juventus" komandasının yarımmüdafiəçisi Klaudio Markizionu almaq niyyətindədir. Azerisport.az xəbər verir ki, 24-yaşlı futbolçu ilə şəxsən "qırmızı şeytanların" baş məşqçisi ser Aleks Ferqüson xüsusi maraqlanır. Gözlənilir ki, "MU" Markizio ilə bağlı təklifini artıq yanvarda verəcək. Lakin turirnlilər bu təklifdən imtina etsə, o zaman mankunianlar 2011-ci ilin yayına qədər gözləməyə hazırdır.
Qeyd edək ki, bu mövsümdə Markizio Seriya A`da səkkiz oyun keçirib, iki qol vurub.
Mənbə: TMW
