3 noyabr 2010 17:15
Arif Əsədov: Əvəzedilməz məşqçi və ya futbolçu yoxdur
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin Türkiyənin "Galatasaray" klubuna keçidi məsələ ilə bağlı öz fikirlərini bildirdi.
"Çempionatın hazırlıq dönəmində biz fiziki təmrinlərdən az istifadə edirdik, əsasən kombinasiyalar üzərində çalışırdıq. Melkiorre olanda da fiziki hazırlıq məşqləri mənim göstərişimlə həyata keçirilirdi. Bu gün də onu əvəz edən məşqçilərimiz var ki, məşqdən əvvəl istiqamət verirəm, onlar da yerinə yetirirlər. Həmişə demişəm ki, əvəzedilməz məşqçi, əvəzedilməz futbolçu yoxdur. Bizim komandada hər bir şey öz qaydasındadır", - azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunun Əsədov dedi.
