3 noyabr 2010 00:06
Bakı futbolçularını cəzalandıracaq
Azərbaycanın "Bakı" klubunun futbolçuları komandanın son oyunlarda göstərdiyi nəticələrə görə cəzalandırılacaq. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi futbolçuları pul cəriməsi ilə cəzalandıracaq. Qeyd edək ki, birinci dövrədən sonra "Bakı" turnir cədvəlində cəmi 12 xal toplayaraq, səkkizinci yeri tutur.
