3 noyabr 2010 12:23
Qarabağ komandalar reytinqində gerilədi
Azərbaycanın "Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) komandalar reytinqində geriləyib. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri üç pillə itirərək, 82,5 xalla 236-cı yeri tutur.
Qeyd edək ki, hazırda "Bakı"-da icarə əsasında çıxış edən Vaqif Cavadovun Hollandiyanın "Twente" klubu reytinqdə 60-dı. Birinci yerdə isə Milanın "Inter" komandası, onun ardınca "Barcelona" və "Bayern Münich" gəlir.
