4 noyabr 2010 14:48
Rəşad Sadıqov: Biz sübut etməliyik ki Türkiyə üzərində qələbə təsadüfi deyil
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov noyabrın 17-də Çernoqoriya ilə yoldaşlıq görüşü barəsində azerisport.az saytına öz fikirlərini bildirdi. "Çernoqoriya yığmasına çağırılmış oyunçuların siyahısına baxmamışma və yaxın günlərdə bununla maraqlanmaq niyyətim yoxdur. Rəqibimiz kifayət qədər güclü rəqibdir. Onlar İngiltərə ilə səfərdə heç-heçə edib. Öz qrupunda birinci yeri tutur – bu çox şeydən xəbər verir. Biz isə öz növbəmizdə son oyunda Türkiyə üzərində qələbə qazandıq. İndi isə sübut etməliyik ki, bu təsadüf nəticəsi deyil. Səfərdə yaxşı oynamağa artıq öyrənməliyik. Podqorisada uğurlu nəticə qrupumuzda keçiriləcək oyunlara özümüzə inamı artıracaq", - Sadıqov dedi.
