4 noyabr 2010 15:23
Juve böyük çətinliklə üzləşib: komandada futbolçu çatışmır
İtaliyanın "Juventus" klubu bu gün Avropa Liqasının qrup mərhələsində Avstriyanın "Salsburg" klubu ilə ikeçiriləcək qarşılaşmaya böyük itkilərlə gəlir. Azerisport.az xəbər verir ki, "Juve"-nin oyunçularının böyük əksəriyyəti zədəli olduğundan, komandada əsas heyətdən yalnız 10 nəfər qalıb. Bu səbəbdən məşqçilər korpusu heyətə gənclər komandasının üzvlərini dəvət edib. Qeyd edək ki, bunların arasında Filippo Boniperti, məşhur Canpyerro Bonipretinin nəvəsi də var.
Mənbə: Goal.com
