4 noyabr 2010 16:03
"Azərbaycanla oyunda maksimum nəticə qazanmaq istəyirik"
Qazaxıstan yığmasının futbolçusu Farhadbek İrismetov AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçiriləcək oyun barəsində öz fikirilərini bildirdi.
"Hesab etmirəm ki Qazaxıstan və ya Azərbaycan öz aralarındaki oyundan altı xal götürə bilməyəcək. Bizim futbolçularımız öz yaşına baxmayaraq sona qədər mübarizə edəcək. Rəqiblər bir birini yaxşı tanıyır", - İrismetov dedi.
"Hesab edirəm ki, hər şey görüş zamanı həll olunacaq. Azərbaycanın Alnaniyaya məğlub olmasını gördüm (1:6). Lakin Almaniyadan bu sayda top hər bir komanda buraxa bilər. Bizə gəldikdə isə, Azərbaycanla oyunda maksimum nəticə qazanmaq istəyirik. Şəxsən məni Bakıda heç-heçə, evdə isə qalibiyyət razı salar", -Qazaxıstan yığmasının futbolçusu dedi.
